Kraliça və əri Britaniya qanunlarını pozur - Şahzadə Filipə polis xəbərdarlıq edib

Kraliça və əri Britaniya qanunlarını pozur - Şahzadə Filipə polis xəbərdarlıq edib
17:17 20 Yanvar 2019
70 Dünya
Ölkə mətbuatı
A- A+

92 yaşlı kraliça II Elizabetin 97 yaşlı həyat yoldaşı Filip Mauntbettenə polis rəsmi xəbərdarlıq edib. O, yenə də avtomobil sürərkən təhlükəsizlik kəmərini taxmayıb. Milli.Az musavat.com-a istinadən xəbər verir ki, bu məlumatı "Reuters" agentliyi yayıb.Polis bildirib ki, "sürücüyə gərəkən məsləhətlər verilib". Bu, "sürücülərlə münasibətdə gündəlik praktikada olan işlərimizdən biridir".Yanvarın 17-də şahzadə Filip maşın sürərkən ehtiyatsızlıq edib, nəticədə avtomobil üzü üstə çevrilib.Britaniya mətbuatı yazır ki, qəza zamanı Filipın təhlükəsizlik kəmərini taxmadığı müəyyən edilib. Yerli mətbuat onu da yazır ki, həmin qəzadan cəmi 2 gün sonra kraliça II Elizabet də maşın sürərkən təhlükəsizlik kəmərindən istifadə etməyi unudub.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/723000.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR