Abxaziyada Rusiyaya məxsus ZTR aşdı, ölənlər var

Abxaziyada Rusiyaya məxsus ZTR aşdı, ölənlər var
17:05 21 Yanvar 2019
53 Dünya
Ölkə mətbuatı
A- A+

Abxaziyada Rusiya ordusuna məxsus ZTR-ın aşması nəticəsində 3 rusiyalı hərbçi həlak olub, 2-si də xəsarət alıb.Milli.Az report-a istinadən xəbər verir ki, "BTR-80" tipli zirehli maşın zirehli texnika karvanının dərə boyu çətin şəraitdə hərəkəti əsnasında aşıb. Xəsarət alanlar helikopterlə xəstəxanaya aparılıblar.Xatırladaq ki, rəsmi olaraq Gürcüstanın bir hissəsi olan Abxaziya Muxtar Respublikası 1992-1993-cü illərdəki Gürcüstan - Abxaziya müharibəsi nəticəsində bu ölkədən qoparılıb. 2008-ci il avqust ayındakı Gürcüstan - Rusiya müharibəsindən sonra Gürcüstan parlamenti sözügedən ərazini rəsmən Rusiya tərəfindən işğal olunmuş ərazi elan edib.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/723232.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR