“WhatsApp”la bağlı yeni məlumat var -

“WhatsApp” messenceri mesaj göndərmə funksiyasını məhdudlaşdırıb.

Metbuat.az “Metro” portalına istinadla xəbər verir ki, bunu kompaniyanın vitse-prezidenti Viktoriya Qrant deyib.

“Bu gündən etibarən bütün dünyada istifadəçilər məlumatı yalnız beş ünvana yönləndirə bilər”, - deyə o bildirib.

Messencer nümayəndəsinin sözlərinə görə, bu, saxta informasiyaların yayılması ilə mübarizə aparmağa imkan verəcək. Əvvəlcə bu funksiya eksperiment qismində yalnız Hindistanda istifadə olunurdu. Belə ki, son iki ildə həmin ölkədə 40-dan çox insan barələrində saxta informasiya yayıldığı üçün qətlə yetirilmişdi.

Xatırladaq ki, əvvəllər “WhatsApp” messenceri ilə mesajı 20 ünvana yönləndirmək mümkün idi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR