Misir parlamenti mötədil İslam ideyalarını yayan telekanalın

Misir parlamentinin deputatı, Nümayəndələr Palatasının Din işləri komitəsinin katibi Ömər Xamruş parlamentin adından İslam dünyasının ən qocaman universitetlərindən birinə - Əl-Əzhar Əş-Şərif Universitetinə məxsus olan telekanalın yayımının təşkili prosesinin sürətləndirilməsi təklifi ilə çıxış edib.

Metbuat.az Azərtaca istinadən xəbər verir ki, deputatın sözlərinə görə, yayımın təşkili İslam dininin tolerantlığını nümayiş etdirməyin və mötədil İslam ideyalarını geniş xarici auditoriyaya çatdırmağın vacibliyi ilə bağlıdır, çünki son illərdə dünyada İslamın təhrif edilmiş, daim terrorizmlə əlaqələndirilən obrazı formalaşıb.

O.Xamruş xüsusi vurğulayıb ki, telekanal universitetin alimlərinin iştirakı ilə İslam dininin mahiyyətini izah edən, tolerantlığa çağıran dini proqramlar yayımlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR