​Venesuelada bir qrup əsgər hərbi

Venesuelada bir qrup əsgər hərbi çevrilişə cəhd edib.

Metbuat.az-ın Röyters agentliyinə istinadən məlumatına görə, üsyançılar prezident Nikolas Maduronu devirmək barədə çağırışlar ediblər. Onlar paytaxt Karakasdakı silah anbarından avtomat ələ keçirməyə çalışarkən həbs olunublar.

Üsyançılara dəstək verən digər əsgərlərin həbs edilməsi üçün əməliyyatlar davam edir. Hökumət vəziyyətin nəzarət altında olduğunu bildirib. Hökumət və dövlət binalarının təhlükəsizliyi gücləndirilib.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR