Əfqanıstanda bazaya hücum nəticəsində

Əfqanıstanın Maydanşəhr rayonunda xüsusi təyinatlı hərbi qüvvələrin bazasına təşkil edilən terror hücumu nəticəsində ölənlərin sayı 126 nəfərə çatıb. 30-dan çox əsgər yaralanıb.

Metbuat.az-ın Röyters agentliyinə istinadən məlumatına görə, kamikadze partlayıcı qurğunu bazanın girişində işə salandan sonra digər terrorçular içəriyə daxil olmağa cəhd göstərib. Tərəflər arasında toqquşma 2 saatdan çox davam edib.

Azı 4 terrorçu məhv edilib. Hücuma görə məsuliyyəti Taliban qruplaşması üzərinə götürüb.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR