Ermənistanda 10 il ərzində 8 nəfər casusluğa görə ittiham edilib

2008-ci ildən etibarən erməni hakimləri tərəfindən 8 nəfər xəyanət və casusluğa görə ittiham edilib.

Metbuat.az Ordu.az-a istinadən xəbər verir ki, bunu Ermənsitan məhkəmə departamentindən "Sputnik Aremenia"nın sorğusuna cavab olaraq bildiriblər.

Departamentdən bildiriblər ki, 2008-ci ildən etibarən məhkəmə statistikasının qeydi aparılır.

"2008-ci ildən Ermənistan Cinayət Məcəlləsinin 299-cu maddəsilə (dövlətə xəyanət) yeddi nəfərə qarşı hökm verilib."- hesabatda deyilir.

Bu iş üzrə son qərar 2017-ci ildə verilib. Xəyanətə görə ittiham edilən şəxs 14 illik həbs cəzası alıb. 14 illik müddət ən böyük cəzadır və bu cəzanı erməni hakimləri "dövlətə xəyanət" maddəsilə təyin ediblər.

2016-cı ildə guya Azərbaycanın xeyrinə işlədiyinə görə Rafiq Baboyan 14 illik azadlıqdan məhrum edilib.

Ermənistan cinayət məcəlləsinin 302-ci maddəsinə əsasən casusluğa görə isə bir xarici ölkə vətəndaşı barədə hökm verilib. 2010-cu ildə onu 10 il müddətinə azadlıqdan məhrum ediblər. Bu şəxs milliyyətcə azərbaycanlı olan İran vətəndaşı Bəhman Baqeridir. O, guya Azərbaycanın xeyrinə casusluq etdiyinə görə mühakimə edilib. Həmin iş üzrə Ermənistan vətəndaşı Qevork Hayrapetyan da 12 il müddətinə azadlıqdan mərhum edilib.

Qeyd edək ki, daha öncə Ermənistan Milli Təhlükəsizlik Xidməti 1993-cü ildən indiyədək xəyanət və casusluğa görə 20-dən çox adamın mühakimə olduğunu açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR