Avropa Parlamentinin üzvü Mehman Hüseynovla bağlı qərarı alqışlayır

"Azərbaycanın istintaq orqanları tərəfindən Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilməsi haqqında qərarı alqışlayıram".

Metbuat.az-ın report.az-aistinadən verdiyi məlumata görə, bu, Avropa Parlamentinin (AP) Rumıniyadan olan üzvü, Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi Norika Nikolayın (Norika Nikolai) bəyanatında deyilir.

Həmçinin N.Nikolay bu qərarın son günlər Avropa Parlamentinin bəzi üzvləri tərəfindən verilən bəyanatların saxta olduğunu sübut etdiyini və gələcəkdə AP üzvlərinin baş verən hər hansı hadisə haqqında ətraflı məlumatı etibarlı mənbələrdən əldə edəcəklərinə ümid bəslədiyini vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR