Ülvi Quliyev: "Gənclər siyasəti haqqında" qanuna dəyişikliklər yaxın günlərdə parlamentdə müzakirəyə çıxarılacaq

Ülvi Quliyev: "Gənclər siyasəti haqqında" qanuna dəyişikliklər yaxın günlərdə parlamentdə müzakirəyə çıxarılacaq
13:29 23 Yanvar 2019
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

"Məşğulluq haqqında" qanuna gənclərin müəyyən kvotalar üzrə işə götürülməsi və sosial iş yerləri açıldıqda işəgötürənin gənclərə daha çox üstünlük verməsi ilə bağlı dəyişikliklərin edilməsi nəzərdə tutulub.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev "Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, cağırışlar və perspektivlər" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2002-ci ildə qəbul edilən "Gənclər siyasəti haqqında" qanuna təklif edilən dəyişikliklər də yaxın günlərdə parlamentdə müzakirəyə çıxarılacaq.

Komitə sədri bildirib ki, 14 maddədən ibarət olan bu qanunun 9 maddəsində 25 dəyişikliyin olması nəzərdə tutulur: "Bu dəyişikliklər gənclərin hərtərəfli inkişafı, onların məşğulluq məsələsinin təminatı, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi ilə bağlıdır. Qanunda yeni istiqamətlərdən biri peşə hazırlığı, sahibkarlığın dəstəklənməsi, ümumilikdə dövlətin gənclər siyasəti ilə bağlı həyata keçirdiyi tədbirlər ilə bağlı bütün təşəbbüslərin dəstəklənməsidir. Bundan başqa, müvafiq icra hakimiyyəti orqanları peşə, orta ixtisas və ali təhsilli gənclərin elektron uçotunu aparmağı nəzərdə tutur. Qanun layihəsində diqqət çəkən əsas məqamlardan biri odur ki, sosial müdafiəyə ehtiyacı olan, risk qrupu altında olan gənclərin, cəzaçəkmə müəssisələrindən çıxan, özlərindən asılı olmayan səbəblərdən işdə ixtisara düşən, hərbi xidmətdən tərxis olan gənclərin işlə təmin olunma məsələləri və müvafiq icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının bu istiqamətdə proqramlara cəlb olunması nəzərdə tutulub".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3009471.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR