Sumqayıtda avtobus piyadanı vurub öldürdü

Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Metbuat.az-a verilən məlumata görə, yanvarın 22-də saat 7 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində şəhər sakini Ramin Hüseynov idarə etdiyi “İsuzu” markalı 26 saylı xətt avtobusu ilə yolu keçən qəsəbə sakini Tamella Əlverdiyevanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Bu il Bakıya QAR YAĞACAQ? - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR