Kürdəmir və ətraf rayonların əhalisinin diqqətinə:

Məlum olduğu kimi, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə edilib.

Metbuat.az xəbər verir ki, qeyd olunan tövsiyənin icrası ilə əlaqədar olaraq keçirilən tədbirlər çərçivəsində 26 yanvar 2019-cu il tarixdə Bakı şəhəri 6 saylı Vəkil Bürosu tərəfindən Kürdəmir rayonunda yerləşən Heydər Əliyev adına Mərkəzdə saat 10:00-13:00-da ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilməsi nəzərdə tutulub.

Bu kimi tədbirlər Respublikanın digər regionlarında da müntəzəm olaraq keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR