AzTV-də kadr islahatları

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) kadr islahatları davam etdirilir.

Metbuat.az report.az-a istinadən xəbər verir ki, QSC-nin sədr vəzifəsini icra edən Rövşən Məmmədov qurumda keçirilən daxili iclasda bununla bağlı müvafiq qərarlar qəbul edib.

İclasda AzTV-nin Böyük Britaniya və Yaponiya bürosunun bağlanması, Ukrayna və Şərqi Avropa üzrə təmsilçisinin isə geri çağırılaraq işdən azad edilməsi barədə qərar qəbul edilib. Bundan başqa QSC-nin daxili strukturlarında da bir sıra şəxslərin vəzifəsindən azad edilməsi barədə qərar qəbul edilib. Qeyd olunan bürolardakı təmsilçilər təhvil-təslim üçün Bakıya çağırılıblar. Əldə olunan məlumata görə, aparılan bütün kadr islahatlarına səbəb onların fəaliyyətlərində yol verdikləri ciddi nöqsanlardır.

Xatırladaq ki, bu gün yayılan digər məlumata görə AzTV-nin yeni rəhbərliyi digər qərarla qurumun maliyyə rəhbərliyini vəzifədən azad edib, audit yoxlamalara başlanılıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 15-də imzaladığı sərəncamla Arif Alışanov qurumun sədri vəzifəsindən azad olunub. Dövlət televizayasının sədri vəzifəsinin icrası tanınmış jurnalist, sədr müavini vəzifəsini tutmuş Rövşən Məmmədova tapşırılıb.

Sabah dolları bu qiymətə alacaqsınız - Mərkəzi Bank - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR