Azərbaycanda 11 ayda 52 mindən çox insan ölüb

2018-ci ilin 11 ayı ərzində (yanvar-noyabr) Azərbaycanda 52 733 ölüm halı qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Metbuat.az-a verilən məlumata əsasən, əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,8 təşkil edib.

Yeni körpələrin sayı isə 127 681 təşkil edib və bu göstərici əhalinin hər 1000 nəfərinə 14,2 olub. Körpələrin 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır. Doğulan körpələrdən əkizlərin sayı 2462, üçəmlərin sayı isə 108 olub.

Ölkə əhalisinin sayı ilin əvvəlindən 76 493 nəfər artaraq 2018-ci il dekabr ayının 1-i vəziyyətinə 9 974 578 nəfərə çatıb.

Sabah dolları bu qiymətə alacaqsınız - Mərkəzi Bank - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR