Bakıda itkin düşən şəxs taplıb

Yanvarın 19-da Bakı şəhər sakini R.Mirzəyevin itkin düşməsi barədə Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsinə müraciət daxil olub.

DİN-in Mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, onun həmin gün saat 20 radələrində “Renault” markalı avtomobili ilə getdiyi bildirilib.

Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib. DİN-in Təhlükəsiz Şəhər Xidməti tərəfindən həmin avtomobilin Bakı-Quba yolunda hərəkətdə olması müəyyən edilib.

Baş Dövlət Yol Polisi İdarəsi və 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Mirzəyev “Renault” markalı avtomobillə Bakı-Quba yolunun 15-ci kilometrliyində saxlanılıb.

Hər gün YUMURTA yeyənlər, DİQQƏT! - Bu şəxslərə OLMAZ! - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR