​Oğurluğa cəhd edən şəxs cinayət başında yaxalanıb

Oğurluğa cəhd edən şəxs cinayət başında yaxalanıb.

DİN Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, yanvarın 22-də saat 23 radələrində Xaçmaz dəmiryolu stansiyasının ərazisində qatarları su ilə təmin edən qurğunun hissələrinin oğurlanmasına cəhd göstərilib.

Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşlarının sayıqlığı əticəsində həmin qurğunu xüsusi alətlə açmağa cəhd edən şəxs dərhal polis əməkdaşları tərəfindən saxlanılıb. Onun Xızı rayon sakini M.Həmidli olduğu müəyyən edilib.

Araşdırma aparılır.

Hər gün YUMURTA yeyənlər, DİQQƏT! - Bu şəxslərə OLMAZ! - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR