​Polis idmançıları daha bir yarışda güclərini sınadılar - FOTOLAR

Yanvarın 21-dən 23-dək daxili işlər orqanlarının əməkdaşları arasında silahsız özünü müdafiə üzrə çempionat keçirilib.

Metbuat.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində gerçəkləşən bu tədbirin açılış mərasimində çıxış edən Olimpiya, dünya və Avropa çempionu, İdman Cəmiyyətinin sədri, polis polkovniki Zemfira Meftaxetdinova yarış iştirakçılarını və qonaqları salamlayıb, idmançılara uğurlar arzulayıb. Şəxsi heyətin fiziki hazırlığının daha da artırılması, silahsız özünü müdafiə fənlərinə daha yaxşı yiyələnmələri məqsədi ilə keçirilən bu yarışın əhəmiyyətini nəzərə çatdırıb.

O, Azərbaycanın dünyada güclü idman ölkəsi kimi tanıdılmasında beynəlxalq miqyasda uğurlar qazanan daxili işlər orqanları əməkdaşlarının da əməyini qeyd edərək, 2018-ci ilin idman yekunlarına həsr olunan tədbirdə möhtərəm dövlət başçımız tərəfindən mükafatlandırılanlar arasında polis əməkdaşlarının və yetirmələrimizin olmasını da diqqətə çatdırıb, qiymətli hədiyyələrin polis idmançılarının əməyinə verilən layiqli qiymət kimi dəyərləndirib.

Yarışda Bakı şəhəri ilə yanaşı respublikanın GəncəSumqayıt şəhər, rayon Polis Baş İdarə, İdarə və Şöbələrinin, Daxili Qoşunların Baş İdarəsinin, nizami hissə və tədris müəssisələrinin əməkdaşları öz bacarıqlarını nümayiş etdiriblər.

11 komandadan 90-a yaxın əməkdaşın iştirak etdiyi bu yarışda ilk üçlükdə Əlahiddə Çevik Polis Alayı, DİN Daxili Qoşunlarının Baş İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsinin komandaları qərarlaşıblar.

Yarışların idarə olunmasında polis polkovnik-leytenantları Elnur Həsənov, Oruc Munirov, Mahir Əhmədov, Seymur Qurbanbəyov, polis mayoru Zaur Məcidov, polis kapitanları Aydın Həşimov, Dəyanət Ağayev, əməkdar məşqçilər Hikmət Hacıyev və Rəsul Məmmədov iştirak ediblər.

Mükafatlandırma mərasimində çıxış edən İdmanın təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Mülayim Xıdırov əməkdaşların hazırlıq səviyyəsinin yüksək olmasını, polis idmançılarımızın ildən-ilə təcrübələrinin artdığını diqqətə çatdırıb. M.Xıdırov bildirib ki, mütəmadi olaraq paytaxtımızla yanaşı bölgələrdə ərazi polis orqanlarının şəxsi heyəti ilə aparılan fiziki hazırlıq məşğələlərinin səmərəliliyinin artırılması, əməkdaşların silahsız özünümüdafiə fəndlərinə daha yaxşı yiyələnmələri üçün müvafiq tapşırıqlar verilir.

Hər gün YUMURTA yeyənlər, DİQQƏT! - Bu şəxslərə OLMAZ! - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR