Qazaxda 16 kilometrlik avtomobil yolu yenidən qurulur - VİDEO

Qazax rayonunda uzunluğu 16 kilometr olan yerli əhəmiyyətli Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Metbuat.az-a verilən məlumata görə, avtomobil yolu iki hissə üzrə yenidən qurulur.

Layihəyə Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 482-ci kilometrliyindən ayrılan və 11,5 kilometr uzunluğa malik Daş Salahlı yolu, həmçinin yerli əhəmiyyətli Qazax-Yuxarı Əskipara avtomobil yolunun 11 kilometrliyindən ayrılan və 4,5 kilometr uzunluğunda olan Ürkməzli-Dəmirçilər yolu daxildir.

Yerli əhəmiyyətli Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu 4-cü texniki dərəcəli olmaqla uzun müddət əsaslı təmir olunmadan istismar edildiyindən yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyulmuş, hərəkət hissəsində, qabarmalar, çalalar əmələ gəlib, asfalt-beton örtüklü hissələrdə çoxlu sayda torlar və çalalar yaranmışdır.

Layihəyə uyğun olaraq həmin yolun 4,5 kilometrlik Ürkməzli-Dəmirçilər hissəsində təmir-tikinti işləri artıq yekunlaşıb.

Bildirilib ki, yol boyu mövcud suötürücü borular istismara yaramadığı üçün yeni suötürücü boruların quraşdırılması və küvetlərin açılması tələb olunurdu. Bu səbəbdən yol boyu 4 ədəd 48 paqonmetr uzunluğunda 500 millimetrlik, 2 ədəd 24 paqonmetr uzunluğunda isə 1000 millimetr diametrində yeni dəmir-beton suötürücü borular quraşdırılıb. Bundan başqa, avtoqreyderlə 3500 paqonmetr küvetlərin açılması işləri də görülüb.

Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun 11,5 kilometrlik Daş Salahlı hissəsinin yenidən qurulması işləri isə davam etdirilir.

Layihənin sonuncu mərhələsində 5 yerdə avtobus dayanacağı qoyulacaq, hərəkətin normal təşkili üçün 42 kilometr göstəricisi, 52 yol nişanı, 600 siqnal dirəyi quraşdırılacaq, 48 kilometr yolcizgi və yol göstərici xətləri çəkiləcək.

Hər gün YUMURTA yeyənlər, DİQQƏT! - Bu şəxslərə OLMAZ! - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR