​Gənclər narkomaniyaya yox deyir

Nizami Rayon Polis İdarəsinin təşkilatçılığı ilə rayon ərazisindəki 312 saylı tam orta məktəbdə şagird və pedoqoji kollektivlə görüş keçirilib.

Metbuat.az xəbər verir ki, görüşdə “Narkomaniya ümumbəşəri bəladır” və “Gənclər narkomaniyaya yox deyir” mövzusunda ətraflı söhbət aparılıb.

Nizami RPİ 23-cü Polis Bölməsinin rəisi, polis mayoru Emin Çələbiyev davamlı olaraq keçirilən belə maarifləndirici tədbirlərin gənclər arasında sağlam həyat tərzinin təbliği işini daha da yaxşılaşdırdığını diqqətə çatdırıb. E.Çələbiyev qeyd edib ki, narkomaniyanın qurbanlarına çevrilən gənclər bu yola məlumatsızlıqdan, iradələrinin zəifliyindən düşürlər. Əgər onlar gələcəkdə başlarına gələn müsibətlərdən xəbərdar olsalar, əlbəttə ki, vaxtında özlərini qorumağı bacararlar.

RPİ-nin Veteranlar Şurasının üzvləri Firdovsi Bayramov və Fərhad Bağırov narkomaniyaya qarşı mübarizədə təkcə dövlətin deyil, bütövlükdə cəmiyyətin birgə fəaliyyətinə böyük ehtiyac olduğunu vurğulayıb, gənclərə bu yolda sağlam düşüncəyə malik olmalarını, idmanla məşğul olmalarını, çoxlu mütaliə etmələrini tövsiyyə ediblər.

Bakı Şəhər Baş Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Şöbəsinin baş inspektoru, polis mayoru Kəmalə Ələkbərova “ağ ölüm” adlandırılan narkomaniya və onun fəsadları, narkomaniyadan və QİÇS-dən qorunmağın yolları və s. barədə ətraflı məlumat verməklə, gələcəyimiz olan gənclərin sağlam böyüməsinin vacibliyindən danışıb.

Daha sonra çıxış edən Nizami RPİ-nin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili bölməsinin baş inspektoru, polis kapitanı Pərvanə Əzizova bildirib ki, narkomaniya ilə mübarizə hər bir vətəndaşın mənəvi borcudur. Gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamı birgə mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə işləri daim diqqət mərkəzində saxlanılmalıdır.

Tədbirdə Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi Bəhmən Hüseynov, Nizami RPİ Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili bölməsinin inspektoru, polis baş leytenantı Mehdi Seyidov, 23-cü PB-nin əməkdaşı, polis leytenantı Aynurə Məmmədova, 40 saylı tam orta məktəbin psixoloqu Əsmər Talıbova və başqaları çıxış ediblər.

Gənclərə narkomaniyanın fəsadları haqqında ətraflı məlumat verilib, sağlam həyat tərzi keçirmələrinin əhəmiyyəti onlara hərtərəfli izah edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR