Təyyarəsi naməlum şəkildə yoxa çıxan futbolçunun pilotu və sevgilisindən şok sözlər: "Mafiya..." - FOTO

Təyyarəsi naməlum şəkildə yoxa çıxan futbolçunun pilotu və sevgilisindən şok sözlər: "Mafiya..." - FOTO
13:13 24 Yanvar 2019
89 İdman
Ölkə mətbuatı
A- A+

Təyyarəsi La Manş boğazında naməlum şəkildə yoxa çıxan argentinalı futbolçu Emiliano Salanın pilotunun təcrübəsiz olduğu ortaya çıxıb.

Publika.az xəbər verir ki, Devid İbbotson adlı pilot son dəfə dostu ilə danışıb və ona “eniş sistemləri mövzusunda bir az paslanmışam” sözlərini deyib.

Qeyd edək ki, Emiliano Sala 22 yanvar tarixində xüsusi təyyarə ilə İngiltərə Premyer Liqasında mübarizə aparan “Kardiff” komandasında qoşulmaq üçün Uelsin paytaxtı Kardiffə uçarkən birdən-birə yox çıxıb.

Salanın təyyarəsinin pilotu Devid futbolçunu daha əvvəl Uelsdən Fransaya aparıb. O, geri qayıdarkən feysbuk hesabından dostuna uçuşla bağlı bəzi mövzularda çətinlik çəkdiyini etiraf edib.

Digər tərəfdən, radardan itən 35 illik təyyarə ilə bağlı BBC telekanalının sənədli film çəkdiyi ortaya çıxıb. Filmdə təyyarə haqqında bilgi verən 63 yaşlı təqaüdçü savaş pilotu Devid Henderson təyyarənin səthində, pərvanələrində və qanadlarında buzun yaranması ilə bağlı izahlar verib. O bildirib ki, buzun miqdarı artarsa, təyyarə uça bilmir. Bundan xilas olmanın tək çarəsi daha alçaq mövqedən uçmaqdır. Oradakı hava buzu əridir.

“Kardiff” komandasının prezidenti Salaya xüsusi təyyarə göndərməyi təklif etsə də, futbolçu bu təklifdən imtina edib. Salanın keçmiş sevgilisi, 27 yaşlı “Viktoria Sekret” modeli Berensi Şakir isə hadisənin bir qəza olmadığını iddia edib və olayın “Futbol mafiyası” tərəfindən araşdırılmasını tələb edib.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/267283.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR