Fevralın 17-də Heydər Əliyev Sarayında uşaqlar üçün orijinal və interaktiv yeni tamaşa "İşıqlı kuklalar şousu" təqdim olunacaq.Nikolay Zıkov teatrının təqdimatında Bakıda ilk dəfə keçiriləcək "İşıqlı kuklalar" şousuna göstərilən marağı və çoxsaylı tamaşaçı müraciətlərini nəzərə alaraq əlavə 16:00 seansının keçirilməsi qərara alınıb. İkinci seansın biletləri artıq satışdadır və şəhərin mərkəzləşdirilmiş kassalarından əldə etmək olar. Biletlərin qiyməti 10- 50 manat təşkil edir.Qeyd edək ki, öz kreativliyi ilə fərqlənən, 1 metrdən 8 metrədək ölçüsü olan yeni, parlaq, unudulmaz, qeyri-adi və unikal işıqlı kuklalar hər yaşda tamaşaçıların böyük marağına səbəb olacaq.Nikolay Zıkov teatrının təqdim etdiyi bu unikal tamaşa bənzərsiz uğurlarla bütün dünyada sevilir. Nikolay Zıkov dünyanın ən tanınan kuklaçılarından biridir. 200-dən çox kukla yaradan, Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 40-dan çox ölkəsində tamaşalarla çıxış edən Nikolay Zıkov 20-dən çox kukla şousunun müəllifi, rejissoru, rəssamı və ifaçısıdır. Hansılar ki, yenilikçi yaradıcılıq fəaliyyəti və peşakar ifaçılığına görə bir çox beynəlxalq mükafatlara layiq görülüb.Əlaqə telefonları: (012) 441-21-31, (050) 332-36-30İnformasiya dəstəyi Trend.az, Day.az, Milli.az saytlarına məxsusdur.Milli.Az
“İşıqlı kuklalar şousu” böyük marağa səbəb olub
0552252950 (Whatsapp)
BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR
Top xəbərlər
Son xəbərlər »
“Instagram”da tanış olduğu qıza ilk görüşdə aşiq oldu: Sevgi macərası qanlı bitdi -
26 Aprel 2024
22:19
Ançelottidən Ardaya tarixi şans -
26 Aprel 2024
21:42
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
26 Aprel 2024
21:14
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatdı
26 Aprel 2024
21:03
Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur -
26 Aprel 2024
20:53
İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər -
26 Aprel 2024
20:44
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirildi
26 Aprel 2024
20:28
Azərbaycandan sülh sazişinə dair təkliflər almışıq -
26 Aprel 2024
20:14
Füzuliyə gedən Manaf Ağayevi belə qarşıladılar -
26 Aprel 2024
19:52
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
26 Aprel 2024
19:15