"Ayaks"ın yarımmüdafiəçisi Frenki De Yonqun "Barselona"ya keçidinin detalları məlum olub.
Metbuat.az-ın "Mundo Deportivo" nəşrinə istinadən yaydığı xəbərə görə, kataloniyalılar transferinə bonuslarla birlikdə 86 milyon avro ödədiyi 21 yaşlı futbolçu ilə 2023-2024 mövsümünün sonuna kimi müqavilə imzalayıb. İspan klubu hollandiyalı oyunçuya 400 milyon avro təzminat qiyməti qoyub.
Qeyd edək ki, De Yonq "Barselona"ya yayda qoşulacaq.