Onlar 1922-ci ildə arxeoloq Hovard Karterin aşkarladığı məqbərənin divarındakı qəhvəyi rəngli ləkələri araşdırmaq üçün xeyli vaxt sərf ediblər."Getty Conservation Institute" və Misirin Əntiq Tarix Nazirliyinin mütəxəssisləri illər sonra məqbərədə restavrasiya işlərini tamamlayıblar. Ötən gün Fironun mumyalanmış cəsədinin saxlanıldığı məqbərə yenidən turistlər üçün açılıb.
Live Science yazır ki, məqbərənin divarında göbələk kimi böyüyüb, çoxalan qəhvəyi ləkələr ölmüş mikroblardır. Bakteriyalar Karter məzarı açdıqdan sonra yayılmayıb. Boya ilə divarın arasında qalan mikroblar zərərsizdir. Əvvəllər turistlərin ziyarəti və tozla bağlı olaraq yarandığı düşünülən qara ləkələr hazırda divarda qalmaqdadır.
Karterin kəşfindən sonra həmin məqbərənin lənətli olduğu düşünülüb. Karterə sponsorluq edən Karnarvorun qan zəhərlənməsinə görə ölümündən sonra bu fərziyyələr daha inandırıcı hal alıb.Qeyd edək ki, Tutanhamon qədim Misirin ən məşhur fironlarından biri olub. Eramızdan əvvəl 1332-ci ildə 9 yaşında taxta çıxmış firon 9 il sonra qəflətən vəfat edib. Onun öz əcəli ilə ölməsi və ya öldürülməsi mübahisəli məsələ olaraq qalır.Bəxtiyar UmarlıMilli.AzVideonu izləmək üçün şəklə klikləyin:
