Xəbərə görə, 1 maya həsr edilən tədbirlər Şimali Koreyanın bütün rayon və şəhərlərində dövlətin liderləri olmuş ata-oğul - Kim İr Sen və Kim Çen İrin heykəllərinin önünə gül dəstələrinin qoyulması ilə başlayıb.
Şimali Koreyanın indiki lideri, nəvə Kim Çen İn isə 1 maya həsr edilən toplantıda deyib: "Koreya Əmək Partiyasının strateji xəttinə uyğun olaraq, Koreya Xalq Ordusunun hərbi hazırlığında radikal dönüş etmək lazımdır".
Partiyanın mərkəzi qəzeti isə 1 maya həsr etdiyi baş məqalədə "kapitalizmin gələcəyinin olmayacağını" vurğulayıb.