"Qarabağ" bu gün Antalya toplanışı çərçivəsində sonuncu yoxlama oyununa çıxıb.

Metbuat.az xəbər verir ki, Ağdam təmsilçisi Ukrayna çempionu Donetsk "Şaxtyor"u ilə üz-üzə gəlib və 1:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Qurban Qurbanovun komandası Antalya hazırlığı zamanı bundan əvvəlki yoxlama görüşlərində “Uypeşt”ə (Macarıstan) uduzub (0:1), “Bohemians”ə (Çexiya) qalib gəlib (3:1), “Pyast”la (Polşa) heç-heçə edib (1:1).26 yanvar

Yoxlama görüşü

12:00. "Qarabağ" (Azərbaycan) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 1:3
Qollar
: Moraes, 26 (0:1), Marlos, 27 (0:2), Zubir, 64 (1:2), Mudrik, 76 (1:3)
Reallaşdırılmayan penalti: Almeyda, "Qarabağ", 80 - qapı tiri
Antalya