"Azərbaycanda toxumçuluq və əkinçiliyin inkişaf etdirilməsi ilə bağlı xüsusi Dövlət Proqramı hazırlanır".

Publika.az xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri İnam Kərimov “Azərbaycan Respublikasının Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı deyib.

Nazir subsidiyaların verilməsi ilə bağlı yeni təkliflərin hazlandığını deyib: “Bu təkliflərin içərisində sertifikatlı toxumların alınması, təşviq edilməsi, bəzi hallarda məcburiyyət sistemlərinin tapılması barədə məsələlər öz əksini tapıb. Qısa müddət ərzində təkliflər hazırlanacaq və sahibkarlar bu prosesdə yaxından iştirak edəcək. Həmçinin subsidiyaların verilməsi, sertifikatlı toxumların alınmasının təşviq edilməsi ilə bağlı təkliflər hazırlanır".