Azərbaycan yığması UEFA Millətlər Liqasının yeni mövsümündə ilk oyununu bu gün keçirəcək.
Metbuat.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv səfərdə Litva komandası ilə üz-üzə gələcək.
Kaunas şəhərində baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
D Liqasının 2-ci qrupunun matçını Kiprdən olan FIFA referisi Menelaos Antoniou idarə edəcək.
Xatırladaq ki, Litva seçməsi qrupdakı ilk görüşündə səfərdə Lixtenşteyni iki cavabsız qolla üstələyib