Qırğızıstanın Batken vilayətində ağır yol-nəqliyyat hadisəsi nəticəsində beş Özbəkistan vətəndaşı ölüb.
Metbuat.az Qırğızıstan Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, “Oş-Batken-İsfara” magistral yolunda “Nexia” markalı minik avtomobili əks istiqamətdən gələn “Mercedes-Benz Sprinter” furqonu ilə toqquşub. “Nexia”nın sürücüsü və sərnişinləri həlak olublar.
Hadisə ilə bağlı cinayət işi açılıb, qəzanın səbəbləri araşdırılır.