“Bu il Türkiyədə inflyasiyanın səviyyəsinin 14,6 faiz olacağı gözlənilir”.
Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu Türkiyə Mərkəzi Bankının baş direktoru Murat Çetinkaya deyib. “2019-cu ilin İnflyasiya Hesabat”ını açıqlayan Murat Çetinkaya bildirib ki, Türkiyədə 2019-cu ilin sonuna qədər inflyasiyanın səviyyəsinin 15,2 %-dən 14,6-a qədər azalacağı gözlənilir.
Növbəti il üçün proqnozlarını açıqlayan bank rəhbəri qeyd edib ki, 2020-ci ildə Türkiyədə inflyasiyanın səviyyəsinin 8,2 faizə düşəcəyi gözlənilir.
Günay Elşadqızı / METBUAT.AZ