"30 ton bal dövriyyədən çıxarılıb"

"2018-ci ilin iyul-dekabr aylarında 30 ton bal dövriyyədən çıxarılıb".

Metbuat.az-ın məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mətbuat konfrası zamanı dövriyyədən çıxarılmış məhsullarla bağlı açıqlaması zamanı bildirib.

AQTA sədri bildirib ki, həmin dövr ərzində 2036 xəbərdarlıq verilib. Yüklərdən təkrar nümunə götürülmə sayı 99, məhvetmə ilə bağlı icrası məcbur olan qərarların sayı isə 29 olub.

Q.Təhməzli qeyd edib ki, həmin dövr ərzində 7750 kq ət və 18792 ət məhsulları dövriyyədən çıxarılıb. Eyni zamanda Gürcüstandan idxal edilmiş Ukrayna mənşəli 34,2 ton mal əti at əti ilə qarışıq olduğu üçün ixracatçı ölkəyə geriyə qaytarılıb.

Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qəbul edilən qərarların sayı isə 21 olub.

Günay Elşadqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR