İaşə obyektlərinin sahibkarlarının DİQQƏTİNƏ!

"İnsanların kütləvi şəkildə qidalandığı ictimak iaşə obyektlərinin sahibkarları diqqətli olmalıdılar".

Metbuat.az-ın məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mətbuat konfransında bildirib.

AQTA sədri bildirib ki, qeyri-qanuni məşğulluq məsələsi əsas problemdir:

"İctimai iaşə obyektlərində çalışan insanların tibbi müayinədən keçirilməsi əsas məqsədimizdir. Bir çox hallarda insanlar arasında xəstəliyin yayılması həmin ictimai iaşə obyektlərində çalışanların tibbi müayinədən keçmədən qida məhsullarının hazırlanması nəticəsində meydana gəlir. Bu problemlərin aradan qaldırılması üçün müvafiq qurumlarla birgə tədbirlər həyata keçirilir".

AQTA sədri bildirib ki, bir çox hallarda təsadüfi şəxslər şadlıq evlərində xidmətçi (ofisiant) qismində qeyri-qanuni şəkildə işə götürülür, bu da insanların sağlamlığı üçün ciddi təhlükədir:

"Ona görə də həmin şəxslər mütləq şəkildə tibbi müayinədən keçməlidilər".

Qoşqar Təhməzli bildirib ki, eyni zamanda araşdırmalar nəticəsində kustar şəkildə hazırlanan spirtli içkilərin bahalı şüşələrə yığılıb istehlakçı şirkətə baha qiymətə satıldığı da müəyyən olunur:

"Həmin içkilər isə ictimai iaşə müəssisələrinə satılaraq insanların səhhətinə zərər verir".

Günay Elşadqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR