2018-ci ildə Azərbaycanda orta illik inflyasiya 2,3 faiz təşkil edib.
Metbuat.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib. Onun sözlərinə görə, ötən il inflyasiya gözləniləndən daha yüksək templə azalıb və təkrəqəmli səviyyədə sabitləşib.
AMB sədri bildirib ki, 2018-ci ildə inflyasiya gözləniləndən daha yüksək templə azalıb və təkrəqəmli səviyyədə sabitləşib: “Keçən il orta illik inflyasiya 2,3 faiz təşkil edib. 2018-ci ildə inflyasiya 6,8 faiz proqnozlaşdırılsa da, dövr ərzində manatın məzənnəsinin dayanıqlılığı, pul təklifinin optimal səviyyədə idarə olunması inflyasiyaya azaldıcı təsir edib”.
E.Rüstəmov bildirib ki, Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 0,5 faiz bəndi azaldılaraq 9,75%-dən 9,25%-ə endirilməsi barədə qərar qəbul edib.
Günay Elşadqızı / METBUAT.AZ