Filmin hazırlanmasında erməni işğalı altında qalan Qarabağ ərazisi də daxil olmaqla Azərbaycanda olan, eyni zamanda Ermənsitan ərazisində qalan qədim Azərbaycan dövlətlərindən olan Qafqaz Albaniyasıına məxsus maddi-mədəni irs-alban məbədlərinə aid orijinal kadrlardan istifadə olunub. Film ABŞ-dan olan Jason vande Brake və Maggie Walsh tərəfindən səsləndirilib.
Təqdimat mərasimində, həmçinin “Virtual Qarabağ” İKT mərkəzinin növbəti məhsulu Azərbaycan və ingilis dillərində hazırlanan “Laçın- virtual səyahət” 3 d qrafik təsvirli film vasitəsi ilə Azərbaycanın Qarabağ bölgəsinin Laçın rayonunun abidələri, küçələri qrafik təsvirlə sanki canlandırılır, bir növ tamaşaçı Laçın rayonuna virtual səyahətə çıxır.
Təqdimat zamanı mərkəzin Azərbaycan, ingilis və rus dillərindən olan rəsmi portalı www.virtualkarabakh.az internet səhifəsinin türk və fransız dillərində olan yeni versiyaları da ictimaiyyətə təqdim olunub.
Qeyd edək ki, tədbir Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilib.