Azərbaycanda ardıcıl iki zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Metbuat.az-a verilən məlumata görə, yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə İsmayıllı ərazisində 5,3 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib.
Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunmuşdur.
Digər zəlzələ yerli vaxtla saat 23:19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində qeydə alınıb. Maqnitudası 4,4 bal olan zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib.