5 fevral 2019-cu il tarixində 23:31 radələrində Bakı şəhərinin bəzi ərazilərində yeraltı təkan qeydə alınıb.

Metbuat.az-ın məlumatına görə, ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Şahmirzə Səfərov bildirib ki, paytaxtın müxtəlif istiqamətlərində titrəyişlər hiss edilib.

Bununla bağlı AMEA ilə birgə mütəxəssislərimiz tərəfindən araşdırma aparılıb və ilkin məlumata görə episentri Pirqulu ərazisindən 11 km Cənub-Qərbdə olan yeraltı təkanlar İsmayıllı rayonunda və ətraf ərazilərdə daha çox hiss edilib. Dağıntılar haqqında məlumat daxil olmayıb.