Bakı. Trend:

Fevralın 5-də saat 2 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Əzimovun idarə etdiyi “Daevoo” markalı avtomobilə sərnişin qismində oturmuş şəxsiyyəti məlum olmayan 3 nəfərin onu hədələyərək pul verməsini tələb etmələri, istədikərinə nail ola bilmədiklərindən nəqliyyat vasitəsindən düşüb aradan çıxmaları barədə Suraxanı Rayon Polis İdarəsinə məlumat daxil olub.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib.

31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Araşdırmalarla onların Bakı şəhər sakinləri A.Məhərrəmov, X.Əsgərov və A.Əmrahov olduqları müəyyən edilib.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin