İran hökuməti nüvə anlaşmasını tərk edəcəyini istisna etmir.

Metbuat.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bildirib ki, ABŞ-la yanaşı, sazişin iştirakçıları olan dövlətlər öhdəlikləri yerinə yetirməsə, Tehranın müqaviləni tərk etməkdən başqa yolu qalmayacaq.

Diplomat Vaşinqtonun təşəbbüsüylə Varşavada təşkil olunan Yaxın Şərq üzrə beynəlxalq konfransı tamaşa adlandırıb. O əmin olduğunu bildirib ki, toplantının sonunda ABŞ antiİran bəyannaməsinin qəbuluna nail ola bilməyəcək.

Sübhan / METBUAT.az