Çilinin mərkəzi əyalətlərində irimiqyaslı meşə yanğınları tüğyan edir.

Metbuat.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, alov qısa müddət ərzində 3 əyalətdə 100 min hektardan çox ərazini külə çevirib. Çoxlu sayda tikili sıradan çıxıb. Azı 2 nəfər həyatını itirib. İtkin düşənlər var.

Fəlakətlə bağlı fövqəladə vəziyyət elan edilib. Yerli mənbələrin məlumatına görə, bölgədə azı 630 yanğın ocağı qeydə alınıb. Hökumət yanğının qarşısının alınması üçün yerli dairələrə bütün imkanlardan istifadə etmək səlahiyyətini verib.

Sübhan / METBUAT.az