Rusiyanın Voronej vilayətində pul terminallarını oğurlayan iki Ermənistan vətəndaşına hökm oxunub.

Metbuat.az Azərtaca istinadən xəbər verir ki, Voronej vilayət prokurorluğunun məlumatına görə, Artur Sarqsyan və Gevorq Soqomonyan 2018-ci ildə vilayətin müxtəlif rayonlarında mağazalardan içində pul olan ödəmə terminallarını oğurlayıblar.

Ümumilikdə, 450 min rubldan çox pul oğurlamış cinayətkar dəstənin üzvlərinə 5 il 6 ay və 3 il müddətində həbs cəzası kəsilib.