İstanbulda yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 10-a çatıb.

Metbuat.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, 12 nəfər isə sağ çıxarılıb. Böyük Millət Məclisinin sədri Binəli Yıldırım, Daxili Işlər naziri Süleyman Soylu, Ətraf və Şəhərsalma naziri Murad Kurum və digər rəsmilər də hadisə yerinə baş çəkiblər.

Hazırda axtarış-xilasetmə tədbirləri davam etdirilir. İlkin ehtimallara görə, faciəyə səbəb lahiyəsi 6 mərtəbəli olan binada sonradan daha 2 mərtəbənin inşa edilməsidir. Güman edilir ki, binanın sütunları məhz bu üzdən ağırlığa davam gətyirməyib.

Sübhan / METBUAT.az