Bakıda 2 nəfər dəm qazının qurbanı oldu

12:48 14 Yanvar 2015
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir İlkin İzzət/

Bakıda 2 nəfər dəm qazından zəhərlənərək ölüblər.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, Qaradağ rayonunda Vəfa Hüseynova yaşadığı Şanqar qəsəbəsindəki evində, Suraxanı rayonunda isə Rza Əliyev yaşadığı Yeni Suraxanı qəsəbəsindəki evində dəm qazından zəhərlənərək ölüblər.

Hər iki faktla bağlı araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR