Kuzbasda mədənçiləri aparan avtobus qəzaya uğrayıb.
Metbuat.az-ın Trend-ə istinadən məlumatına görə, qəza nəticəsində 6 nəfər ölüb, daha 16 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Məlumata görə, avtobus texniki yol ilə hərəkətdə olarkən aşıb.
Hadisənin dəqiq səbəbləri araşdırılır.