“Bəzi ölkələr İran-Azərbaycan münasibətlərini qısqanır” -

"Azərbaycan-İran münasibətləri qızıl dövrünü yaşayır".

Metbuat.az Azvision.az-a istinadən xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə bildirib. Səfir qeyd edib ki, bəzi ölkələr İran-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətinə qısqanclıqla yanaşırlar:

"Bütün bunlara baxmayaraq, iki ölkə arasında münasibətlər yüksək səviyyədədir. Hazırda əlaqalərimiz bütün səviyyələrdə inkişaf edir. Təsadüfi deyil ki, iki ölkə prezidenti son 5 ildə 12 dəfə görüşüb. İrana iraqlılardan sonra ikinci ən çox səfər edən Azərbaycan vətəndaşlarıdır".

Səfir vurğulayıb ki, İran və Azərbaycanda möhkəm sabitlik hökm sürür: "Bu, çox sevindirici haldır. Amma hər iki ölkədə sabitliyə böyük zəhmət çəkilir".

İranlı diplomat əlavə edib ki, 2018-ci ildə iki ölkə arasında iqtisadi əlaqələr 73 faiz artıb: "Ticari əlaqələrin 5 milyard dollara çatdırılması planlaşdırılır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR