Naxçıvan, 1 may, AZƏRTAC
Bu ilin ötən dövründə ölkə¬mizin digər bölgələrindən və xarici ölkələrdən Naxçıvan Muxtar Respublikasına, ümumilikdə, 90 min nəfərdən çox turist gəlib.
AZƏRTAC xəbər verir ki, bu, 2014-cü ilin müvafiq dövründəki göstəricidən 2,5 faiz çoxdur.
Naxçıvanın füsunkar təbiəti, tranzit imkanları, müalicə turizmi potensialı, çoxsaylı müqəddəs ziyarətgahları onu yerli və xarici turistlər üçün cəlbedici məkana çevirib. Qədim diyara səfər edən əcnəbi turistlər buradakı təbiət guşələrinə, tarixi abidələr və muzeylərə xüsusi diqqət göstərirlər.
Bölgədə fəaliyyət göstərən xidmət sektorunun peşəkarlığının artması, Naxçıvan şəhərində və bölgələrdə istirahət və asudə vaxt mərkəzlərinin yaradılması, müasir standartlara cavab verən restoran və yeməkxana şəbəkəsinin təşkili də turizmin inkişafını sürətləndirir.
Qeyd edək ki, cari ilin aprel ayının əvvəlində Bakı şəhərində keçirilmiş “AITF-2015” 14-cü Beynəlxalq turizm və səyahətlər sərgisində muxtar respublikanın stendi izləyənlərin böyük marağına səbəb olub.
Bu ilin ötən dövründə Naxçıvana 90 mindən çox turist gəlib
Bu ilin ötən dövründə Naxçıvana 90 mindən çox turist gəlib
Bu ilin ötən dövründə Naxçıvana 90 mindən çox turist gəlib
Bu ilin ötən dövründə Naxçıvana 90 mindən çox turist gəlib