Bakı. Trend:

"Air Astana" aviaşirkətinin sərnişin təyyarəsi Belarusun paytaxtı Minskdə məcburi eniş edib.

Trend-in məlumatına görə, Atrau - Amsterdam reysini həyata keçiriən təyyarə texniki səbəbdən məcburi eniş edib.

Bununla əlaqədar "Air Astana" aviaşirkətinin Moskva filialının nümayəndəsi Minskə gəlib. Qeyd edilir ki, sərnişinlər digər reyslərlə Amsterdama yola salınır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin