Fevralın 11-də Yaponiyada milli bayram - dövlətin əsasının qoyulduğu gün qeyd olunur.Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Milli bayramlar haqqında" Qanunda həmin günün devizi "Dövlətin əsasının qoyulduğu günü unutmayın, vətəni sevən ürək tərbiyə edin" kimi müəyyən edilib.Hər il ənənəvi şəkildə qeyd edilən bu gün Yaponiyada ümummilli bayram və istirahət günü hesab edilir. Nara dövründən (710-794-cü illər) başlanan "Yaponiya tarixi" salnaməsinə görə, dövlətin əsasının qoyulduğu gün birinci İmperator Cimmunun taxta çıxdığı gün hesab edilir. Qriqorian təqviminə görə, həmin gün eramızdan əvvəl 660-cı il fevralın 1-i tarixinə düşür. İmperator Cimmunun mövcudluğu təsdiq edilmiş tarixi fakt olmasa da, bu hadisə həm Yaponiyanın özündə, həm də xaricdə hakimiyyətin İmperatorun əlində toplandığı qanuni hakimiyyətin formalaşdığını qeyd etmək üçün seçilib. Beləliklə, Yaponiyanın ilk İmperatorunun hakimiyyət illəri eramızdan əvvəl 660-585-ci illəri əhatə edir və bundan sonra ölkə hökmdarlarının uzun siyahısı başlanır.Yaponiyada dövlətin əsasının qoyulduğu gün milli bayramlar siyahısına 1966-cı ildə daxil edilib və 1967-ci ildən başlanaraq qeyd olunur. Ölkənin siyasi dairələrində bu bayrama münasibət heç də birmənalı deyil. Həmin bayramın tərəfdarları və əleyhdarları toplaşaraq hələ də cəmiyyəti narahat edən bu mövzunu müzakirə edirlər. Bu debatlara baxmayaraq, dövlətin əsasının qoyulduğu gün Yaponiya təqvimində rəsmi bayram hesab olunaraq təntənəli şəkildə qeyd edilir.Milli.Az
Yaponiyada dövlətin əsasının qoyulduğu gün qeyd olunur
0552252950 (Whatsapp)
BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR
Top xəbərlər
Son xəbərlər »
Prezidentlər Ağdamda Şahbulaq qalasında olublar
25 Aprel 2024
14:03
Macarıstan Azərbaycanda 90 adda dərman
25 Aprel 2024
13:48
Bu il sosial müavinət və təqaüd təyin olunanların sayı
25 Aprel 2024
13:27
“İham Əliyev Rusiya ilə əlaqələri hər zaman diqqət mərkəzində saxlayıb” -
25 Aprel 2024
13:20
Paytaxtda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görüldü
25 Aprel 2024
13:00
Azərbaycan Putinin ittifaqına üzv olmağı düşünür? -
25 Aprel 2024
12:57
Türk dövlətlərinin deputatları Milli Məclisdə toplanıblar
25 Aprel 2024
12:56
Macarıstan Azərbaycan və Ermənistanın delimitasiya ilə bağlı son addımlarını
25 Aprel 2024
12:40
Prezident və qırğızıstanlı həmkarı Ağdam Cümə məscidinin açılışında
25 Aprel 2024
12:34
Baş Prokurorluqdan media qurumlarına
25 Aprel 2024
12:28