Braziliyada dəhşətli qəza baş verib.

Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, vertolyot bir anda yük maşınının üstünə düşüb. Dəhşətli qəzada "jurnalistlərin jurnalisti" olaraq tanınan Rikardo Boeçat və vertolyotun pilotu ilə köməkçi pilot yanaraq ölüb.

Vertolyotun üstünə düşdüyü yük maşını yararsız hala düşüb.

Məşhur jurnalistin ölümü ölkəsində dərin kədərlə qarşılanıb.

Qəzanın başvermə səbəbi araşdırılır.

Aysel Yaqubqızı / Metbuat.az

Oteldə güclü yanğın anı: 2 nəfər eyvandan tullandı - Xeyli ölü var - VİDEO