Art Villa rəsm qalereyasında "H.E.Art" layihəsi çərçivəsində BMT Mədəniyyət Parkının yaradılması üçün hazırlığa başlanılıb. Milli.Az Trend-ə istinadən bildirir ki, Birləşmiş Millətlər Təşkilatının yerli nümayəndəliyi və "Arts Council Azerbaijan" qeyri-hökumət təşkilatının birgə təşəbbüsü ilə yaradılan parkda rəssamlar Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda çəlləklər üzərində rəsm əsərləri çəkəcək və yaşıllıq guşələri yaradacaqlar. Dayanıqlı İnkişaf Məqsədləri yoxsulluğun bütün formalarına son qoymaq, bərabərsizliklərə qarşı tədbirlər görmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə Birləşmiş Millətlər Təşkilatı tərəfindən 2015-ci ildə qəbul edilib.Parkın açılışdan öncə yanvar-mart ayları ərzində "Workshop" formatında yaradıcılıq tədbirlərinin keçirilir. Təşəbbüsü təşkilatçı tərəflərlə yanaşı, Azərbaycan Mədəniyyət Nazirliyi dəstəkləyir.Yerli sakinlər və xarici qonaqların istifadəsinə açıq parkda Azərbaycan dövlətinin dünya ölkələri ilə olan dostluğunu əks etdirmək üçün müxtəlif səfir və nümayəndələr tərəfindən ağaclar əkiləcək. Parkda incəsənət nümunələrinin yerləşdirilməsi ilə yanaşı çoxsaylı mədəniyyət tədbirlərinin keçirilməsi üçün bir məkan kimi istifadə olunması nəzərdə tutulur. Qeyd edək ki, HEART, Arts Council Azerbaijan təşkilatının neft çəlləklərinin istifadədən sonrakı emalına töhfə vermək məqsədi ilə yaratdığı ekoloji layihədir.İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.azMilli.Az
Bakıda BMT Mədəniyyət Parkı yaradılacaq
0552252950 (Whatsapp)
BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR
Top xəbərlər
Son xəbərlər »
“Instagram”da tanış olduğu qıza ilk görüşdə aşiq oldu: Sevgi macərası qanlı bitdi -
26 Aprel 2024
22:19
Ançelottidən Ardaya tarixi şans -
26 Aprel 2024
21:42
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
26 Aprel 2024
21:14
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatdı
26 Aprel 2024
21:03
Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur -
26 Aprel 2024
20:53
İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər -
26 Aprel 2024
20:44
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirildi
26 Aprel 2024
20:28
Azərbaycandan sülh sazişinə dair təkliflər almışıq -
26 Aprel 2024
20:14
Füzuliyə gedən Manaf Ağayevi belə qarşıladılar -
26 Aprel 2024
19:52
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
26 Aprel 2024
19:15