Türkiyə-Suriya sərhədində partlayış -

Türkiyə ilə Suriya sərhədində Kilis vilayətinin “Çobanbəy” sərhəd-keçid məntəqəsində partlayış baş verib.

Metbuat.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, hadisə nəticəsində ölən və yaralananlar var.

Qeyd olunur ki, partlayıcı maddə ilə yüklənmiş avtomobil partladılıb. Hadisə sərhəd-keçid məntəqəsinin Suriya ərazisində baş verib.

Partlayışla bağlı məsuliyyəti üzərinə götürən olmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR