"Ya Qarabağ, ya ölüm" şeirinin müəllifi türkiyəli şair Ozan Arif bu gün səhər vəfat edib.
Metbuat.az Türkiyə KİV-nə istinadən bildirir ki, 69 yaşlı şair qırtlaq xərçəngindən ölüb.
Qeyd edək ki, Azərbaycana hədsiz sevgi bəsləyən şair 1992-ci ildə Ya Qarabağ, Ya Ölüm şeirini yazıb. Azərbaycanda bu şeirə görə məşhurlaşıb.
Aysel Yaqubqızı / Metbuat.az