"Azərbaycanın indiki inkişaf səviyyəsində sosial medianı məhdudlaşdırmaq, ümumiyyətlə, bunun müzakirəsini aparmaq yolverilməzdir".
Metbuat.az xəbər verir ki, bu sözləri bu gün keçirilən tədbirdə Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
O bildirib ki, internetdən istifadənin məhdudlaşdırılması, şəxsiyyət vəsiqəsi ilə internetdən istifadə barədə fikirlər irəli sürülmüşdü. Bu fikirlər tamamilə absurddur. Cənab Prezident də qeyd edib ki, Azərbaycanda internetdən istifadə azaddır. Məhdudlaşdırmaqdan danışmaq olmaz. İstifadəçilər tərəfindən internet resurslarda aparılan qanuna zidd, etikadan kənar hərəkətlərə qarşı daha çox ictimai qınağa üstünlük verilməsini arzulayıram.Sosial medianın zərərləri bizə xaricdən gəlir.
Aysel Yaqubqızı / Metbuat.az